Biznes Birgə Fəaliyyət

Əlaqə

+99451 666 00 34

Bizə qoşul

İş Saatları
  • Bazar ertəsi 09:00 - 18:00
  • Çərşənbə axşamı 09:00 - 18:00
  • Çərşənbə 09:00 - 18:00
  • Cümə axşamı 09:00 - 18:00
  • Cümə 09:00 - 18:00
  • Şənbə 09:00 - 15:00
  • Bazar Qeyri-iş günü
Biznes Birgə Fəaliyyət

Turan Auto şirkəti Uberin Azərbaycanda ən böyük səmhdarlarından biridir. İstər sizin üçün ABŞ-dan gətirdiyimiz, istərsə də öz şəxsi avtomobilinizi bizə icarəyə verərək aylıq 600-900 AZN gəlir əldə edə bilərsiniz. Avtomobil Uberdə fəaliyyətə başlayır. Avtomobilə Uberin reklamı yerləşdirilir və buna görə də sifariş öncəliyi həmin avtomobildə olur. Turan Auto şirkətinin fəaliyyət statistikasına əsasən sahibkarlara qazandırdığı məbləğ 500 AZN-dən aşağı olmamışdır. Sahibkar olaraq siz, şirkətimizlə əməkdaşlıq etməyə başladığınız zaman avtomobillərə GPS yerləşdirilir. Ofisdən avtomobillərə GPS vasitəsi ilə nəzarət edilir. Avtomobiəl 100km/s sürət limitini keçdiyi zaman bizə bununla bağlı bildiriş göndərən xüsusi cihaz yerləşdirilir. Sürücü hər hansı bir qayda pozuntusuna yol verərsə, bununla bağlı dərhal cərimə tədbirləri görülür. Sahibkara birbaşa olaraq sürücünün qazancı, avtomobilin qət etdiyi məsafə, sərf etdiyi yanacaq və bunun kimi məlumatları özündə cəmləşdirən aylıq audit hesabat verilir. Eyni zamanda sahibkara Uberin Admin panelindən də audit hesabat verilir. Bildiyiniz kimi Uberin Admin paneli Avropaya bağlıdır və məhz buna görə də heç bir dəyişiklik etmək mümkün deyildir. Buna görə də bütün məlumatlar tam şəffaf şəkildə sahibkara təqdim edilir. Audit hesabat sahibkarın istəyi əsasında 1-2 saat öncədən məlumat verildiyi təqdirdə sahibkara göndərilir. Sürücülərə özəl olaraq Azpetrol kartları təqdim edilir. Şirkətimizin icazəsi olmadan avtomobilə əlavə yanacaq doldurulmur. Avtomobillərə tam nəzarət olunur. Digər şirkətlərdən fərqli olaraq avtomobillər bizim şirkət tərəfindən birbaşa olaraq kasko sığortalanır. Baş verəcək hər hansı bir qəzaya görə sahibkar məsuliyyət daşımır. Belə ki, həmin anda şirkətmizin bu sahə üzrə əməkdaşı hadisə yerinə yönəldilir. Maliyyə və hüquq işlərimiz birbaşa Azərbaycanın ən böyük consulting şirkətlərindən olan Varidat Consulting şirkəti tərəfindən idarə edilir. Sahibkarla və sürücülərlə müqavilə bağlanılır və hər şey hüquq çərçivəsində həyata keçirilir. Müqavilədə qeyd olunduğu kimi sahibkar 3 gün öncədən məlumat verməklə avtomobilini istədiyi vaxt geri götürə bilər. Bu sistem Azərbaycanda yalnız Turan Auto şirkətində mövcuddur. 230-dan çox sahibkar Turan Auto şirkəti ilə əməkdaşlıq edir. Ümumi olaraq siz bu bizneslə məşğul olaraq heç nə itirmirsiniz əksinə, yüksək qazanclı biznes sahibi olursunuz. Biznesimizlə maraqlanan bütün müştəri və sahibkarlar bizimlə əlaqə saxlaya bilərlər.